Turizm sənayesi 2020-ci ilin ilk 10 ayında pandemiya və məhdudiyyətlər səbəbindən 935 milyard dollar itirib. SİA xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatının məlumatında deyilir.
“Yanvar-oktyabr aylarında turizm istiqamətləri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 900 milyon az xarici turist qəbul edib”, - deyə təşkilatın məlumatında qeyd olunur.
Bu isə o deməkdir ki, turizm 1990-cı ildəki səviyyəyə qayıdıb. Proqnozlara görə, beynəlxalq səyahətçilərin sayı il sonuna qədər 70-75% azalacaq.
Ötən il turistlərin sayı 1.5 milyard nəfər təşkil edib.
                    Müəllif: Aysel Məmmədova                
            
            
            
            
            
            Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                    .jpg) 
                                                     
                                                     
                                                     
    .jpg)

.jpg)
 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB