ATB daxili turizmin təbliği ilə bağlı yeni videoçarx hazırlayıb

Azərbaycan Turizm Bürosu tərəfindən COVID-19 pandemiyasından sonra turizmin təşviği məqsədilə təbliğat videoçarxı hazırlanıb.

SİA-nın məlumatına görə, Videoçarxın məqsədi daxili turizmi təbliğ etmək, auditoriyaya pandemiyaya qalib gəldikdən sonra sərbəst formada Azərbaycanın bölgələrini gəzmək və ölkəmizi bir daha kəşf etmək mesajını çatdırmaqdır.

Təbliğat çarxında Xəzər dənizi, Azərbaycanın dağları, meşələri, tarixi abidələri və Şirvan düzü kimi tarixi və mədəni turizm obyektləri sadalanır, onların görüntüləri təqdim olunur.

Əsasən yerli auditoriya üçün nəzərdə tutulan təbliğat çarxı xarici turistlər üçün ingilis və rus dillərində subtitrlərlə hazırlanıb.

İngiliscə subtitrli video: https://we.tl/t-wdHpSgETyB

Rusca subtitrli video: https://we.tl/t-GJgPSQ1MRs

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə