Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Şuşanın gəzməli-görməli yerləri haqqında tanıtım video çarxı hazırlanıb.
Trend-in məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi feysbuk səhifəsində etdiyi paylaşımla məlumat verib.
“Şuşa təbiəti, tarixi, mədəniyyəti, memarlığı ilə Qarabağın turizm mərkəzidir. Şanlı Ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmanlıq dastanı yazaraq düşmən işğalından azad etdiyi Şuşanın gəzməli-görməli yerlərini təqdim edirik”, - deyə Fuad Nağıyev qeyd edib.
Çarxda Şuşanın gəzməli-görməli yerləri, o cümlədən tarixi Şuşa qalası, şair, istedadlı rəssam və xeyriyyəçi Xan qızı Xurşudbanu Natəvanın evi, Şuşa şəhərinin mərkəzi meydanında inşa edilmiş Yuxarı Gövhər ağa məscidi, mərkəzdən 150 metr məsafədə yerləşən Aşağı Gövhər ağa məscidi, Daşaltı dərəsindəki “Çətir şəlaləsi”, XVIII əsrdə bir əkinçi tərəfindən aşkarlanan İsa bulağı, cıdır yarışlarının təşkil edildiyi və Novruz bayramlarının keçirildiyi Cıdır düzü haqqında məlumatlar təqdim olunur.
Qeyd edək ki, Agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı və Zəngilanın gəzməli-görməli yerləri haqqında video çarx təqdim olunmuşdu.
Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.
Xəbər lenti
BMW işçilərə işdən çıxacaqları təqdirdə yüksək ödəniş təklif edir...
Texnologiya 21:06Snayder: Hər şey yazda bitə bilər
Dünya 20:29Almaniya iqtisadiyyatı güclənir...
İqtisadiyyat 18:27"Bank of Baku" növbəti ağacəkmə aksiyası təşkil edib
Sosial 17:44Ceyhun Bayramov ICESCO-nun baş direktoru ilə görüşüb
Siyasət 17:34Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək
Hadisə 16:45Bakıda bu il keçiriləcək bal yarmarkasının tarixi açıqlanıb
İqtisadiyyat 15:54Azərbaycanın interkulturalizm modeli - TƏHLİL
Siyasət 14:49İştahı necə tənzimləyək? - DİETOLOQ DANIŞDI
Səhiyyə 14:40Bu gün İsraildə parlament seçkiləridir
Dünya 14:34Almaniyada avtomobillə növbəti terror
Dünya 14:31İrandan sonra növbə Kubanındır
Dünya 14:24Salyanda bir ailənin üç üzvü bıçaqlanıb, ölən var
Hadisə 14:12Hərbi vəzifəlilərin təlim toplanışları başa çatıb
Siyasət 13:30Yengicə su anbarının tikintisi davam etdirilir
Sosial 13:22Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib
İqtisadiyyat 12:40Sabah Azərbaycanda hava yağışlı olacaq
Sosial 12:32Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq
İqtisadiyyat 11:56Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib
Sosial 11:55Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
Siyasət 11:18Bakıda 95 küçə və prospektdə təmir başa çatıb
İqtisadiyyat 10:57Bakıda yeni park salınır
Siyasət 10:56Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8987
-0,46%
-
GBP
2,2674
-0,31%
-
RUB
2,1036
-0,08%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



