Müxtəlif ölkələrlə reyslərin bərpası barədə danışıqlar davam edir

Almaniyanın "Lufthansa" aviaşirkətinə Frankfurt-Bakı reysinin bərpa olunması ilə bağlı müraciət olunub. SİA xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bu şirkətlə danışıqlar davam etdirilir: "Digər aviaşirkətlərdən də ölkəmizə müraciətlər daxil olur. Müxtəlif ölkələrlə reyslərin bərpası barədə danışıqlar davam edir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə