Monteneqro Azərbaycan üçün sərhədləri açacaq

Monteneqro avqustun 7-dən etibarən Azərbaycan üçün sərhədləri açacaq. SİA xəbər verir ki, bu barədə ölkə hökumətinin bugünkü iclasında qərar verilib.

Bir neçə gün əvvəl Monteneqro epidemioloji baxımdan təhlükəsiz ölkələrin “yaşıl siyahı”sını tərtib etmişdi. Bu siyahıya Avropa İttifaqı ölkələri ilə yanaşı, Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə və digər ölkələrin də adları salınmışdı.

Bu ölkələrin vətəndaşları avqustun 7-dən etibarən mənfi koronavirus testi barədə arayış təqdim etməklə Monteneqroya səfər edə biləcəklər.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə