Türkiyədə istirahət planlaşdıranların nəzərinə - Yeni Qaydalar

Türkiyə turizminin paytaxtı Antalyada koronavirus pandemiyasına qarşı tətbiq edilən qabaqlayıcı tədbirlər çərçivəsində çimərliklərin yeni qaydalar üzrə istifadəsinə hazırlıq görülüb.

SİA xəbər verir ki, qumsallarda 1,5-2 metrlik məsafə saxlanmaqla, 9 metrlik istirahət zonaları yaradılıb.

Fiziki məhdudiyyətli şəxslər üçün xüsusi zonalar ayrılıb. Yerli və xarici turistlər üçün 10 maddəlik xəbərdarlıq paneli asılıb. Bildirilib ki, ictimai məkanlarda maska taxmaq məcburi olacaq. Vətəndaşların istifadəsinə verilən şezlonqlar hər istifadədən sonra dezinfeskiya ediləcək.

Bundan başqa, çimərliklərdə siqaret çəkmək qadağan olunacaq. Qumsalda çılpaq ayaqla gəzmək də mümkün olmayacaq. Dənizdən istifadə edərkən sosial məsafə qaydalarına riayət məcburi olacaq.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə