Turistlər marşrut üzrə Qafqazın şərab turizminin fəaliyyətini kəşf edəcəklər -AÇIQLAMA

Azərbaycan, Gürcüstan və Rusiya ilə birlikdə Avropa Şurası ilə 2020-ci ildə əməkdaşlığı əhatə edən saziş imzalayıb. Bununla da fəaliyyət planlarımızı hər üç ölkə olaraq birgə həyata keçirəcəyik. Turistlər marşrut üzrə hər üç ölkənin şərab turizminin fəaliyyətini kəşf edəcəklər. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Turizm bürosunun Turizm məhsulunun inkişafı sektorunun müdiri Şərifə Həsənova bildirib. Onun sözlərinə görə, bu il ərzində fəaliyyətlər rəsmiləşir: "Marşrut artıq fəaliyyətdədir. Yalnız təlimlər, marşrutun müəyyən nöqtələrini və sair təmin etməkdir. Bu turistlər üçün nəzərdə tutulub. O lar üç ölkənin şərab turizmini kəşf edəcəklər". O bildirib ki, hər üç ölkə üçün bu marşrutun elementləri müəyyən olacaq: "Marşrutların elementləri üzərində işarələnmə olacaq. Hazır marşrut həm, Avropa Şurası tərəfindən, həm də bizim öz resurslarımızla xarici bazarlara təqdim ediləcək. Üç ölkənin tur operatorları bu turizm marşrutunu təqdim edəcəklər".
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...