Azərbaycan şərab turizmini genişləndirmək əzmindədir -AÇIQLAMA

Bu gün Bakıda Azərbaycan, Gürcüstan və Rusiyanı əhatə edən ilk dəfə şərab marşrutunun yaradılması regionda turizmin daha geniş təbliğinə şərait yarada bilər. SİA-nın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bu gün Bakıda Qafqazın şərab marşrutunun yaradılması ilə bağlı assmbleyada çıxışı zamanı bildirib. O vurğulayıb ki, Azərbaycan şərab turizmini genişləndirmək əzmindədir:" Həmkarlarımızla uğurlu təcrübəni bölüşəcəyik. Bununla yanaşı, şərab marşrutunun yaradılması ilə şərabçılıq sahəsində olan təcrübəmizi genişləndiririk. Şərabçılıq sahəsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyan məsələdir". F.Zenqstşmid əlavə edib ki, Qafqazın şərab marşrutunun yaradılması ilə turistlərə bir sıra ölkələrə səfər etmək şansı verir. Xatırladaq ki, bu gün Bakıda keçirilən assambleyada Qafqazın şərab marşrutu yaradılıb. Bu şərab marşrutu Azərbaycan, Gürcüstan və Rusiyanı əhatə edəcək. Bu marşrut boyunca üzv ölkələr 2020-ci ildə silsilə tədbirlər görərək marşrutun beynəlxalq platformalarda tanıdılmasında, həmçinin ölkələr arasında mədəni və turizm mübadiləsinin yaradılmasında fəal iştirak edəcəklər.
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə