15 yanvar 2020-ci il tarixində Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatında kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.

SİA xəbər verir ki, tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov çıxış edərək miqrasiya sahəsində görülən işlər, əldə olunan nəticələr və statistik rəqəmlər barədə ətraflı məlumat verilib. Vüsal Hüseynov bildirib ki, ötən ildə də ölkə rəhbərliyi tərəfindən Dövlət Miqrasiya Xidmətinin qarşısına qoyulan tapşırıqlar vaxtında və uğurla yerinə yetirilib. Şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, qanunvericiliyin təkmilləşdirilməsi, sadələşdirilməsi, əcnəbilərin öz hüquqlarından səmərəli istifadəsinə şərait yaradılması ölkədə miqrasiya proseslərinin idarə edilməsidə innovasiyaların tətbiqi istiqamətində mühüm işlər həyata keçirilib. Qeyd edək ki, Vüsal Hüseynov həmçinin ötən ilin statistikasını açıqlayıb və bildirib ki, Xidmətə edilən müraciətlərdə artım dinamikası müşahidə olunur. Belə ki, ötən ilin dövrü ilə müqayisədə 2019-cu ildə ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 11 faiz, ölkədə müvəqqəti yaşayanlardan 10 faiz, iş icazəsi alanlardan 8 faiz artım müşahidə olunur. Vüsal Hüseynov həmçinin vurğulayıb ki, əcnəbilərin ölkədə qanuni olmaları və yaşamaları üçün yaradılmış şərait, o cümlədən miqrasiya məsələləri ilə bağlı aparılan məlumatlandırma işləri nəticəsində keçən il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarların sayında 23 faiz azalma var. Xidmət rəisi söyləyib ki, 2019-cu il Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində ilk dəfə olaraq sosial lahiyələr həyata keçirilib. Miqrasiya Məktəbi, İnformasiya Texnologiyaları Məktəbi, "Miqrasiya könüllüləri"İctimai Birliyi və Gənclik İnkişaf Forumu gənclərin miqrasiya sahəsində yeni bilik və təcrübə qazanmalarına töhvə verib. Xidmət rəisi əldə olunan uğurları da tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən xidmət səviyyəsinin yüksəlməsi istiqamətində görülən işlərin nəticəsi olaraq , "ASAN xidmət indeksi"bu təşkil edən meyyarlar üzrə qiymətləndirilməsinin yekunlarina görə Dövlət Miqrasiya xidməti son iki ildə ən yüksək nəticəni göstərib və ilk sıralarda yer alıb.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə