"Azərbaycan zəngin mədəniyyətə sahib çox gözəl ölkədir" -AÇIQLAMA

“6 il mən Azərbaycana gəlməzdən əvvəl demək olar ki, mən Azərbaycan haqqında heçnə bilmirdim. Yalnız onu bilirdim ki, ölkə neftlə, qazla zəngindir və təxminən Mərkəzi Asiyada yerləşir”. Bunu açıqlamasında “Experience Azerbaijan” jurnalının baş redaktoru Tom Marsden deyib.

T.Marsden bildirib ki, daha sonra bir azərbaycanlı xanım mənə dedi ki, əslində Azərbaycan Qafqaz Dağlarının ətəklərində yerləşir. “Bu ölkəyə gəldikdən sonra mən artıq başa düşdüm ki, bu ölkə necə zəngin mədəniyyətə sahib, necə də gözəl ölkədir”.

“Experience Azerbaijan” jurnalının ərsəyə gəlməsində köməkliyini göstərən hər kəsə öz minnətdarlığımı bildirən Redaktor qeyd edib ki, bizim indiki əsas mədsədimiz bu yüksək standartı qorumaq və onu daha da yüksəltməkdir. “Jurnalın məzmununa gəldikdə isə jurnalda biz əsas üç məsələni insanlara çatdırmaq istədik. Bunlardan birincisi Azərbaycanın harada yerləşdiyi və ölkənin mədəniyyətini digər insanlara müxtəlif azərbaycanlıların dili ilə çatdırmaqdır. İkincisi biz insanları ilhamlandırmağa çalışırıq ki, onlar Azərbaycanı gəlib səyahət etsinlər. Buna biz əsasən Azərbaycanın maraqlı yerlərini insanlara danışmaqla nail olmaq istədik. Məsələn Qobustandakı palçıq vulkanları, Bakıda İçəri Şəhər. Bundan başqa biz həmçinin əvvəllər danışılmamış hekayələri də üzə çıxarmaq istəyirik. Həmçinin biz jurnalda Azərbaycanın inanılmaz rəngarənglini göstərməyə çalışdıq”. T.Marsden vurğulayıb ki, üçüncüsü biz həm də istəyirik ki, bu jurnal Azərbaycana gələnlər üçün bir növ bələdçi kimi çıxış etsin. “Ona görə də jurnalın içərisində çoxlu praktiki tövsiyyələr və məlumatlar var. Azərbaycanda istedadlı insanlar çoxdur və biz çox istərdik ki, onlar bizimlə əməkdaşlıq etsinlər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...