2019-cu ildə Azərbaycanda turizm rekord nəticələr göstərib - AÇIQLAMA

2019-cu ildə Azərbaycanda turizm rekord nəticələr göstərib. 3,2 milyon turist Azərbaycana səfər edib və turizmdə artım 11,4 faiz olub. SİA-nın məlumatına görə bunu açıqlamasında Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid deyib.

F.Zenqstşmid bildirib ki, biz artıq öz marketinq strategiyalarımızla da yeni yollar tapmalı və bilməliyik ki, turistlər daha etibarlı, daha müstəqil və qeyri-kommersiya orqanlarına ehtiyyac duyurlar. “Yeni nümayəndəliyin açılması, turizm strategiyaları ilə yanaşı həmçinin turistlər üçün yeni broşurlar, materiallar da dərc olunmalıdır ki, onlar orada Azərbaycan haqqında daha çox məlumat ala, tövsiyyələr əldə edə bilsinlər”.

O vurğulayıb ki, “Experience Azerbaijan” jurnalı tamamilə Azərbaycan məhsuludur və içərisində yazılanlar, şəkillər azərbaycanlı yazarlar, fotoqraflar tərəfindən təmin olunub. “Azərbaycan haqqında sözü, şəkilləri, hər hansı materialları olan kəsləri Turizm bürosunun heyyətinə yaxınlaşamağa dəvət edirəm. Onların ideyalarının nə haqqda olduğu, nədən yazmaq, bəhs etmək istədikləri bizim üçün maraqlıdır. “Experience Azerbaijan” jurnalı bütün dünyada qlobal olaraq yayımlanır və onun sonunda QR kod var ki, onun vasitəsilə də siz jurnalı onlayn şəkildə də əldə edə bilərsiniz”.

Sonda isə F. Zenqstşmid qeyd edib ki, 2020-ci ildə biz yeni nümayəndəliklərimizin açılışını düşünürük. “Xüsusilə də birinci kvartalda Ukrayna, Qazaxıstan, Cənubi Koreya və Yaponiyada nümayəndəliklərimiz açılacaq və bundan başqa biz öz müştərilərimizə daha da yeni təcrübələr qazanmağa kömək edəcəyik”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...