"Yeni il ərəfəsində insanlar Bakını tərk etmək istəyirlər, regionlara getmək istəyirlər. Bəzi insanlar xaricə səfər etmək istəyir. Çünki bəzi xristian ölkələrində, təbii ki, Milad bayramı daha gözəl şəkildə keçirilir. Yeni il daha çox xristiyanlığa aid olduğuna görə, onlar bu bayramı daha təntənəli qeyd edirlər. Necə ki, bizdə Ramazan bayramı, Qurban bayramı və Novruz bayramı keçirilir". Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev deyib.
Onun sözlərinə görə, amma regionlarda, otellərin, əsasəndə 5 ulduzlu, yüksək kateqoriyalı otellərin qiymətləri bəzilərinin imkanına uyğun olmaya bilər: "Qiymətlər 1400-1500-1600, hətta 1900 manat civarındadır-3 gecəlik paketlər daxil olmaqla. Amma hər zaman dediyim kimi, bütün vətəndaşlarımıza turizm şirkətlərinə müraciət etməyi tövsiyə edirəm. Çünki onlar bir günlük, iki günlük, üç günlük paketlər təklif edirlər. Hətta belə deyim, 5 ulduzlu oteldə, regionda, xüsusən də şimal bölgəsində, şimal-qərb bölgəsində qalaraq, 347 manata, qidalanmaqla belə variantlar var. 3 gecəlik turlar (məsələn, 31-1-2 və ya 30-31-1 tarixlərində) mövcuddur və bunlardan yararlanmaq lazımdır. 2 günlük turlar 100-200, 200-250 manat arasıdır. 3 günlük turlar 250-350 manat arası, 1 günlük turlar isə sadəcə 25-29 manat arasında dəyişir.
Bu qədər münasib qiymətlər varkən, həm də nəqliyyatdan istifadə edirlər, bu da fiziki olaraq yorulmamalarına səbəb olur. Yəni münasib qiymətli turlarda iştirak edib, əylənə bilirlər. Fərdi şəxslər isə daha çox Gürcüstana maraq göstərirlər və ya Ərəb ölkələrinə gedənlərin sayı da son statistikaya görə artmaqdadır. Artıq yavaş-yavaş Çin istiqamətinə də gedənlərin sayı artır, çünki vizalar alınır. Dohaya gedənlər, Qətərə gedənlər çünki Dohada qiymətlər münasibdir və ölkə tərəfindən subsidiyalar ayrılıb. Təxminən 1000 dollara və daha aşağı qiymətə turlar təklif olunur. Əgər bu subsidiyalar ləğv olunsa, qiymətlər 1000 dolların üzərinə çıxacaq və bu zaman insanların əksəriyyəti gedə bilməyəcək. Bu fürsətdən yararlanan insanlar Dohaya səfər edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB