"Yeni il dövründə səyahət planlaşdıranlar üçün ən aktual suallardan biri otel qiymətlərinin daha sərfəli olması, yoxsa gündəlik kirayə evlərin üstünlük təşkil etməsidir. Bu seçim bir neçə əsas amildən, səyahətin məqsədi, qalma müddəti, ailə tərkibi və gözlənilən rahatlıq səviyyəsindən asılıdır". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Əziz Şiriyev deyib.
Onun sözlərinə görə, Yeni il mövsümündə otellərdə qiymətlər adətən kəskin yüksəlir: "Bunun əsas səbəbi yüksək tələbat, xüsusi bayram proqramları, canlı musiqi, şoular və əlavə xidmətlərdir. Otellər xüsusilə qısa müddətli istirahət və komfort axtaran turistlər üçün daha cəlbedici görünür. Xidmətlərin bir məkanda cəmlənməsi, təhlükəsizlik və peşəkar servis otellərin əsas üstünlükləridir. Lakin bu rahatlıq qiymətlərə də birbaşa təsir edir və büdcəyə əlavə yük yarada bilər.
Gündəlik kirayə evlər isə xüsusilə ailəvi və ya dost qrupları ilə səyahət edənlər üçün daha sərfəli alternativ sayılır. Eyni məbləğə daha geniş məkan, mətbəx imkanı və uzunmüddətli qalma rahatlığı əldə etmək mümkündür. Yeni il süfrəsini ev şəraitində hazırlamaq, daha sərbəst vaxt planlaması və xərclərə nəzarət gündəlik kirayə evlərin əsas üstünlüklərindəndir. Bununla yanaşı, xidmət səviyyəsinin standart olmaması və bəzi hallarda əlavə xərclərin yaranması riskləri də nəzərə alınmalıdır.
Yeni il dövründə seçim edərkən əsas meyar komfort yoxsa büdcə prioritetidir. Qısa və tədbir yönümlü istirahət üçün otellər, daha sərbəst və iqtisadi seçim üçün isə gündəlik kirayə evlər daha məqsədəuyğun hesab edilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB