"Bu il ilə Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə dəyişib. Rəsmi statistika ilk 6 ayda təxminən 2%-ə yaxın azalmanı qeyd edir". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.
Ceyhun Aşurov sözlərinə belə davam edib: "Nəzərə alsaq ki, gələnlərin çoxu yenə də qonşu ölkələrdəndir – Rusiya, Türkiyə, Gürcüstan – burada həm yerlilər, həm də soydaşlarımızı nəzərə alsaq, onların çoxu dost və qohum ziyarəti üçün və ya öz evləri olduğundan burada qalırlar.
Amma turist olaraq regionda baş verən gərginliklər – Pakistan-Hindistan arasında olan gərginlik, İran-İsrail arasında müharibə, xüsusən yay aylarında olan gərginlik və ondan əvvəl Rusiya-Ukrayna müharibəsi – bu ölkələrdən gələn turistlərə də təsir edib.
Ümumilikdə, satış portallarında Azərbaycana gələn turistlərin – hansı ki, daha çoxu otellərdə qalır – sayında 40%-ə yaxın azalma müşahidə olunur. Biz hələ də bildiyimiz kimi, gəlmə bazarını COVID-dən sonraki dövrdə hələ tam bərpa edə bilməmişik.
Bu il turizm üçün sınaq ili oldu. Hal-hazırda alternativ bazarlar üzərində də iş gedir. Ümid olunur ki, uzaq Şərqdən – Çin və Şərqi Avropa ölkələrindən gələcək turistlərin sayı, eləcə də Türkiyədən Azərbaycana gələn turistlərin sayı bu itkiləri müəyyən qədər kompensasiya edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB