...Rospotrebnadzor və yerli hakimiyyət orqanlarının xəbərdarlıqlarına baxmayaraq, turistlər Anapa çimərliklərində dincəlməkdə davam edirlər.
SİA-nın məlumatına görə, qanunu pozanlar cərimələrdən belə qorxmurlar.
...Turistlər Anapa çimərliklərində əvvəllər qoyulmuş məhdudiyyətlərə məhəl qoymurlar.
İstirahət üçün yararsız hesab olunmalarına baxmayaraq, ruslar sahildə yuyulmuş mazutun yanındakı qumda günəşlənməyə davam edirlər.
Nəticədə, qaydanı pozanlar icazəsiz yerdə dincəlmək üçün çox vaxt cərimə alırlar.
Rəsmi statistikaya görə, istirahət edənlərin 1 faizi inzibati cərimə alır. Bununla belə, yalnız bir neçəsi həqiqətən cəzalandırılır, çünki yoxlama zamanı əksəriyyətinin sadəcə olaraq protokol tərtib etmək üçün sənədləri yoxdur.
5 faiz hallarda onlar şifahi xəbərdarlıqla məhdudlaşırlar, Bunu KrasnodarMedia yazır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə