Yay aylarında istirahət üçün hansı rayonlar daha sərfəlidir? - EKSPERT AÇIQLADI
"Hazırda regionlara doğru turist axını müşahidə olunur. Maraq xüsusilə bayram günlərində artmışdı, hazırkı hava şəraiti də bu axına təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev deyib.
Onun sözlərinə görə, hal-hazırda turistlərin ən çox üz tutduğu istiqamətlərdən biri Nabran bölgəsidir. Bu bölgə dəniz və akvapark kimi istirahət imkanları ilə seçildiyindən, yay mövsümündə daha çox maraq doğurur: "Şimal bölgəsinə, xüsusilə Quba istiqamətinə olan maraq bu il daha da artıb. Bunun əsas səbəbi həmin ərazidə havaların digər bölgələrlə müqayisədə daha sərin keçməsidir.
Qeyd edək ki, 14-15 iyun tarixlərində Şahdağ Qış-Yay Turizm Kompleksinin yay mövsümünə start verildi və infrastruktur da bu çərçivədə tam təşkil olundu. Eyni zamanda, Şamaxı və İsmayıllı daxil olmaqla Şimal-Qərb istiqamətinə də turist axını nəzərəçarpacaq dərəcədə artıb. Bu bölgəyə olan marağın səbəblərindən biri yol şəraiti ilə bağlıdır. Qəbələ yolunun tam istifadəyə verilməsindən sonra bu bölgəyə olan marağın daha da artacağı gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə