"Ölkələrdə baş verən siyasi gərginlik turizmin statistikasına ciddi təsir göstərir" - EKSPERT RƏYİ
"Bir çox ölkələrdə baş verən siyasi gərginlik, müharibə turizmin coğrafi mövqeyinə ciddi təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.
Onun sözlərinə görə, belə ki müharibə dövründə, yəni Rusiya- Ukrayna, İran-İsrail kimi ölkələrin müharibə apardığı dövrdə Azərbaycanın 10 milyonluq əhalisinin mehriban şəraitdə yaşaması turistlərin marağına səbəb olur: "Hesab edirəm ki, bu gün ölkəmizə Gürcüstandan yaxud başqa ölkələrdən gələn turistlər, müharibə edən ölkələri yox, Azərbaycana üstünlük verməsi statistikadan məlumdur.
Bu gün Azərbaycanda siyasi sabitlik, həmçinin siyasi asayişin yüksək səviyyədə qorunub saxlanması əsasə verir ki, ölkəyə gələn turist axını davamlı və dayanıqlı olsun. Azərbaycandan kənara gedən turistlərin vəziyyətində isə müəyyən çətinliklər yaranıb. Belə ki, may ayında İsraildən Azərbaycana rekord sayda turist axını olmuşdu. Lakin bu ay bu kimi statistikanı görmək mümkün olmayacaq".
Ekspert bildirib ki, aviakompaniyalar yaradılaraq turist mübadiləsi aparıldı: "Amma siyasi gərginliklərə görə, bir çox reyslər təxirə salındı. Ona görə də bu gündən sonra turistlərin Azərbaycana axın etməsində xeyli azalma müşahidə edəcik.
Ümumi olaraq Azərbaycanda əmin-amanlıq ölkədə zəmin şəraiti yaradıb. Bu da ölkəyə turist axınının çoxalmasının səbəblərindəndir. Azərbaycanın Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsi olaraq, ölkə həmişə əmin-amanlıq və siyasi sabitlik içində yaşayacaq. Heç bir kənar müdaxilə olmadan iqtisadi inkişafımızı davam etdirəcik. Turistlərimizin sayında isə hər il artım müşahidə edəcəyik"- deyə ekspert əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə