BMT Turizmin İcraiyyə Şurasının 2026-2029-cu illər üçün Baş katibi vəzifəsinə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) təmsilçisi xanım Şaixa Al Novais seçilib. SİA bu barədə Azərbaycanın Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Seçkilər Qana, Yunanıstan, Meksika və BƏƏ-dən 2026-2029-cu illər üçün Təşkilatın Baş katibi vəzifəsinə namizədliklərini təqdim etmiş nümayəndələr arasında İspaniya Krallığının Seqoviya şəhərində 29-30 may tarixlərində keçirilən BMT Turizmin İcraiyyə Şurasının 123-cü sessiyasında keçirilib.
Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil olunub.
Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycanın İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, BMT Turizm Təşkilatı yanında daimi nümayəndəsi Ramiz Həsənov da yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə