Azərbaycana turistlər ən çox hansı ölkələrdən gəlir? - EKSPERT AÇIQLADI

"Hal-hazırda statistikaya görə ölkəmizə əsasən ən çox Rusiyadan qonaqlar gəlir. Amma nəzərə alsaq ki, əksəriyyəti bizim öz vətəndaşlarımızdı və daha sonradan rus vətəndaşlığı alıblar". Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev deyib.

Onun sözlərinə görə, həmin insanlar öz evinə qayıdırmış kimi edirlər və heç bir oteldə qalmırlar: "Rus vətəndaşlığını alan insanların təbii ki, Azərbaycanda öz evləri var və orada qalırlar. Xarici pasportu olmasına baxmayaraq tamamilə turist sayılmırlar.

İkinci yerdə gedən Hindistan ölkəsindən kifayət qədər ölkəmizə qonaq gələn turistlər var. Dünyada əhalisinə görə, Hindistan hətta Çin ölkəsini belə keçib. Düşünürəm ki, yaxın gələcəkdə Azərbaycanla Çin arasında olan siyasi və iqtisadi münasibətlər yüksək həddə çatır. Bunun nəticəsində viza rejiminin ləğv olması Çin ölkəsindən də xeyli turistlərin gəlməsinə səbəb olacaq.

Hal-hazırda bir ekspert olaraq mənə görə birinci yerdə ölkəmizə gələn Hindistan vətəndaşlarıdır. Hindistan vətəndaşları gələndə isə qrup halında gəlir. Qruplarda isə 700, 2000 yaxud 3000 nəfər insan olur. May ayından etibarən isə hər il bu adət halını alıb".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə