Birinci rübdə Naftalana gələn turistlərin sayı açıqlanıb

Beynəlxalq turizm mərkəzi olan Naftalana müalicə və istirahət üçün gələn turistlərin sayı ilbəil artır. SİA-nın bölgə müxbiri xəbər verir ki, cari ilin birinci rübü ərzində şəhərə müalicə məqsədilə 6432 turist səfər edib. Buraya üz tutanlardan 2367 nəfəri xarici turistdir.

Müalicəvi nefti ilə min bir dərdə dərman olan Naftalan kurort şəhəri kimi dinamik dəyişən siması və xidmət potensialı ilə dünyanın ən cəlbedici müalicə turizm məkanlarından birinə çevrilir.

Qeyd edək ki, ötən il Naftalana 44 min 801 turist səfər edib. Onlardan 15 min 864 nəfəri 47 xarici ölkənin vətəndaşları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə