İğtişaşlara baxmayaraq rusiyalı turistlər Türkiyəyə gedirlər…

Türkiyədəki iğtişaşlar rusiyalı turistləri dayandıra bilməyib..?

...İstanbulda iğtişaşlar və nümayişlərlə bağlı xəbərdarlıqlara baxmayaraq, kurort zonalarında vəziyyət sakit olduğu üçün Sibirdən Türkiyəyə turist axını stabil olaraq qalır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Novosibirsk Turizm Təşkilatları Assosiasiyasının icraçı direktoru Svetlana Fomenko bildirib.

O, qeyd edib ki, iqtisadi, siyasi və iqlim faktorlarının təsirinə baxmayaraq, uçuşlar adi qaydada həyata keçirilir, turizm zonalarında sakitlik hökm sürür.

Türkiyəyə səfər etməyi planlaşdıran turistlərə ayıq-sayıq olmaları və insanların çox olduğu yerlərdən uzaq durmaları tövsiyə olunur.

Əsas odur ki, təhlükəsizliyi laqeyd qoyaraq maraqdan cəhənnəmə tələsməyin.

Qeyd edək ki, Türkiyədə hazırda yerli iğtişaş və etiraz aksiyaları keçirilir.

Turoperatorlarımızın verdiyi məlumata görə, müəyyən turizm bölgələrində hər şey sakitdir. Buna görə də insanların ən çox cəmləşdiyi yerlərdən qaçmaq daha yaxşıdır.

Bunu deyən rusiyalı iş adamı əlavə edib ki, vəziyyətin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir, lakin turoperatorlar cari hadisələri diqqətlə izləyirlər.

Hazırda hakimiyyət asayişi qoruduğunu deyir, müxalifət isə etirazları davam etdirməyə çağırır.

...Yeri gəlmişkən 2024-2025-ci ilin qışında Rusiyadan Türkiyəyə turist axınının əvvəlki illə müqayisədə 13 azaldığı deyilir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə