"Azərbaycanda kinoteatrların işləməməsi, həmin yerlərin ya olmaması, ya da biznes məqsədi ilə digər qurumlara çatması ilə əlaqədardır. Bu da istər-istəməz təəssüf hissi doğurur. İstirahət mərkəzləri müəyyən yerlərdə mövcuddur, amma onların qiyməti heç də əlçatan deyil. Yerli vətəndaşlar üçün qiymət bahalı olduğundan, insanların orada istirahət etməsinin qarşısını kəsir". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Cabir Dövlətzadə deyib.
Onun sözlərinə görə, kinoteatrlarla olan məsələ Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənməlidir. Respublikanın mərkəzində olan tamaşaların müxtəlif yerlərdə, truppa tərəfindən qastrol səfərlərində nümayiş etdirilməsi SSRİ dövründə mövcud idi: "İnsanlar asudə vaxtını yaxşı keçirməsi üçün müxtəlif yerlərdə təşkil edilən tamaşalara gedirdi, bu da onlara xoş təsir bağışlayırdı. Eyni zamanda xüsusi günlərdə müğənnilərin, sadəcə şəhər mərkəzində deyil, qastrol səfərlərində də nümayiş etdirilirdi. Müxtəlif ərazilərdə yaşayan vətəndaşlar Respublikanın tanınmış nümayəndələrini, o cümlədən, Əməkdar və Xalq artistlərini görmək istəyir. Bunun üçün Mədəniyyət Nazirliyi tərəfindən müəyyən plan təşkil ediməli, yerli icra strukturları tərəfindən maliyyə ayrılmalıdır. İnsanlar asudə vaxtlarını daha yaxşı keçirməlidir. Amma insanları ticari əlaqələr düşündürür, bununla da bağlı müəyyən problemlər ortaya çıxır. Bu xalqa dəstək mahiyyəti daşımalıdır. Bir çox ölkələrdə, xüsusilə qardaş ölkə Türkiyədə Topqapı sarayının yanında Gülhane parkında insanlar üçün pulsuz açıq hava konsertləri təşkil edilir. Bunu ölkəmizdə də tətbiq etmək daha məqsədə uyğun olardı".
Bütün xəbərlər Facebook səhifəmizdə