Bayramda yerli, yoxsa xarici turizm? - EKSPERT AÇIQLADI

"Əslində daxili turizm çox inkişaf edib. Digər turizm növlərinə baxanda, turizm şirkətlərinin bir-birinə dəstəyi çox önəmlidir. İstənilən halda 1 günlük, 3 günlük tur paketlərinin baş tutması və turların münasib qiymətə olması bu gün nəzərə çarpacaq dərəcədə hiss olunur". Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev deyib.

Onun sözlərinə görə, bayram ərəfələrində otellərin qiymətinin yüksək olması birmənalı qarşılanmamalıdır. Mən hər zaman söylədiyim kimi, bazar iqtisadiyyatının qızıl qanunu tələb və təklif var: "Təklif olunan qiymətlə tələb yaranır və demək olar ki, siz bayrama yaxın otelləri yoxlayın və görəcəksiniz ki, otellərin heç birində yer yoxdur. Bu da turizmə olan tələbatı göstərir. Təbii ki, sahibkar da tələbə baxır ki, otaqlarda boşluq yoxdur və ona görə də, gələn il bundan da baha ola bilər. O zaman boşluq yaranır ki, qiymətlər bazar iqtisadiyyatına uyğun gəlmir, insanlar otellərə getmir və otellərdə boşluq yarananda avtomatik olaraq qiymət endrimi və kampaniyalar qüvvəyə minir. Əsas və maraqlı məqam ondan ibarətdir ki, vətəndaşlarımız hər zaman sırf keyfiyyətli, 5 ulduz otellərdə qalmaq istəyirlər. Keyfiyyətli 5 ulduz otellərin regoinlarda məhdud sayda olduğuna görə, rəqabət o səviyyədə olmadığına görə, qiymətlərdə də bu hiss olunur. Amma bizim təklifimiz odur ki, vətəndaşlarımız öz nəqliyyatlarından istifadə etmədən həm yanacağa qənaət edərək, həm fiziki yorulmadan daxili turlara qoşularaq 1 günlük, 3 günlük turlara gedə bilərlər. Təbii ki, daxili turlarda da, çox yaxşı 3 ulduz, 4 ulduz otellər var və bu otellərdə insanlar üçün çox münasib ola bilər. Qiymətin isə münasib olmasının səbəbi ondan ibarətdir ki, tur şirkətləri ilə otellər arasında müqavilələr olur və korporativ qiymətlər çərçivəsində münasib qiymətə bazara satışın olmasıdır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə