“Hava şəraitinin turizmə təsiri nələrdir sualına birbaşa cavab vermək olar ki, 365 gün turizm inkişaf edirsə və turizm növlərində qış turizmidə mühüm yer tutursa, təsirlər çox az ola bilər. Yeganə təsir nəqliyyat məsələlərində ola bilər. Hava məkanında təyyarələrin uçuşunda, qatarların, avtobusların gedişində çətinlik müşahidə edilə bilər”. Bu sözləri Аzərbaycan Turizm Agentlikləri Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, qış şəraitində də turizm yüksək səviyyədə inkişaf edir: “Şahdağ da, Tufandağ da və digər yerlərdə qış turizminin növü çox yaxşı inkişaf etmişdir. Bakıya gələn turistlər, Azərbaycanın paytaxtının füsunkar gözəlliyi ilə tanış olurlar. “Gəlmə turizm”də bu şəraitdə normal inkişaf edir. Bir sözlə, hava şəraitinin turizmə təsiri çox minimaldır. Qeyd etdiyim kimi, hava şəraitinin təsiri yalnız nəqliyyat məsələlərində özünü göstərir.
Qalan bütün şəraitdə, turistləri tur bələdçiləri bütün obyektlərə aparırlar. Qış şəraitində “qastronomik turizm” hesabına, Azərbaycan mətbəxi ilə tanış edirlər. Bundan əlavə, hava şəraitindən asılı olmayaraq, Azərbaycanın müxtəlif obyektlərinə, muzeylərə, Dənizkənarı Bulvara ekskursiyalar təşkil edilir. Hər bir fəslin öz gözəlliyi olduğu kimi, qış turizminin də öz gözəlliyi var və bu gözəlliklərdən turistlər məmnun olurlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə