Ruslar Türkiyədəki istirahətlərinə məsuliyyətlə yanaşsınlar...

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiyanın Antalyadakı baş konsulu Sergey Vetrik rusiyalıları Türkiyədə istirahətlərini məsuliyyətlə planlaşdırmağa və spirtli içkilərdən sui-istifadə etməməyə çağırıb.

O, problem və faciələrdən qaçmaq üçün səyahətə çıxmazdan əvvəl bütün risk faktorlarını nəzərə almağa çağırıb.

...Vetrik vurğulayıb ki, xroniki xəstəlikləri və isti iqlimin sağlamlığa təsirini nəzərə almaq, məhdudiyyətlərə, o cümlədən spirtli içki qəbul edərkən qaydalara riayət etmək, bələdçilərin müşayiəti olmadan dağlarda və meşələrdə təhlükəli gəzintilərə çıxmamaq lazımdır.

Turist xidmətləri yalnız etibarlı şirkətlərdən alınmalıdır.

Bunu deyən Vetrik həmçinin Rusiya vətəndaşlarını bütün səfərlərdən əvvəl əhatə dairəsi artırılmış böyük bir şirkətdən tibbi sığorta polisi almağa çağırıb.

RİA Novosti xəbər verir ki, Türkiyədə tibbi xidmətlərin qiyməti on minlərlə dollara çata bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə