Turizm hər il getdikcə daha geniş vüsət almağa başlayır.Pandemiyadan sonra öz fəaliyyətini bərpa edən sahə yenidən canlanmağa başlayıb.Bəs ölkəmizdə hazırda turizmin vəziyyəti hansı yerdədir? Məsələ ilə bağlı turizm eksperti Ceyhun Aşurov SİA-ya açıqlama verib.
Ekspert bildirib ki,2024-cü ili turizmin bərpası ili hesab edə bilərik: “2024-cü il demək olar ki,turizm bazarı bərpa oldu.Təxminən 1.4 milyard insanın səyahəti qeydə alınıb. Bu 2019 ilə eyni səviyyədə olsa da gəlirlər 2019-dan yüksəkdir.2019-cu ildə bu rəqəqm 1.5 trilyon idisə 2024-cü ildə bu 1.6 trilyondur. Hətta bəzi ölkələr COVİD-dən öncəki rəqəmləri də üstələyə biliblər”.
Ekspertin fikrincə ölkəmizdə hələ turizm bazarının bərpa olduğunu deyə bilmərik: “2019-cu ildə ölkəmizə 3.2 milyon turist gəlmişdisə,2024-cü ilin sonuna kimi bu rəqəm 2.6 milyon olub. Geosiyasi vəziyyət və quru sərhədlərinin bağlı olması kimi səbəblər buna təsir edir”.
Ceyhun Aşurbəyov yalnız hava nəqliyyatının istifadə edilməsinin qiymətlərə təsir etdiyini vurğulayıb:Azərbaycan hazırda turizm üçün cazibədar yerdir. Otellərin,restoranların qiyməti dünya turisti üçün əlverişlidir.Buna baxmayaraq ölkəmizə giriş-çıxış yalnız hava nəqliyyatı vasitəsilədir və bu turpaketlərin qiymətini qaldırır.Quru sərhədləri açıldıqdan sonra da daha çox turisti ölkəmizə cəlb etmək üçün vizaların asanlaşması,aradan qaldırılması kimi məsələlər üzərində çalışmalıyıq. Bakıdan kənardakı digər beynəlxalq hava limanlarının da səmərəli işlədilməsi və Loukosterləri cəlb etməklə havalimanın olduğu regionlarda iqtisadi aktivlik təmin edilməlidir.
Ayaz Zeynalzadə
Bütün xəbərlər Facebook səhifəmizdə