Turizm və rekreasiya zonalarında qadağan edilmiş fəaliyyətə görə cərimələr müəyyən edilir
Turizm və rekreasiya zonalarının ərazisində qadağan edilmiş fəaliyyətlə məşğul olmağa görə cərimələr müəyyən edilir. SİA xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, qadağan olunmuş fəaliyyətlə məşğul olan fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan İki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə