2023-cü ildə türklərin turizm sektorundan əldə edilən gəlir açıqlanıb
Türkiyənin 2023-cü ilin üçüncü rübündə turizm sektorundan ələ etdiyi gəlir 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq 23 milyard 219 milyon 751 min dollara çatıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) cari ilin iyul-sentyabr aylarına dair turizm statistikasını açıqlayıb.
Məlumata görə, 2023-cü ilin üçüncü rübündə turizm sektorundan ələ etdiyi gəlir 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq 23 milyard 219 milyon 751 min dollara çatıb.
Qeyd edək ki, gəlirin 14,7 faizi xaricdə yaşayan və ölkəyə gələn vətəndaşlardan əldə edilib.
Bu dövrdə ölkəyə gələn turistlərin sayı 23 milyon 206 min 579-a çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə