"Daha çox turist qəbul etmək istəyən ölkələr bir çox tədbirlərlə yanaşı vizanın sadələşdirilməsi, vizanın aradan qaldırılması, bəzi ölkələrlə münasibətdə ləğv edilməsi fəaliyyətinə gedirlər". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.
O bildirib ki, çünki burada əsas məqsəd həmin ölkələrdən daha rahat öz ölkələrinə turist qəbulunu artırmaqdır: "Ən çox nəzərə alınmalı məsələ həmin ölkələrdə iqtisadi vəziyyətin daha yaxşı olması, iqtisadi-siyasi sabitliyin olmasıdır ki, həqiqətən, hər hansı risk daşımadan öz ölkələrinə turist gətirilməsini təmin edə bilsinlər.
Şengen ölkələrindən başqa şərqi Avropa ölkələri ola bilər. Hansı ki, inkişaf səviyyəsi kifayət qədər yüksəkdir. Bəzi şərq ölkələri ola bilər. Yaxınlarda Azərbaycan Çinlə də birtərəfli qaydada vizaların götürülməsi ilə bağlı razılığa gəldi. Bu o deməkdir ki, Çindən olan turistlər Azərbaycana vizasız şəkildə gələ biləcəklər. Nəzərə alsaq ki, birbaşa uçuşlar cəlb olunub, bu, əlbəttə ki, həmin ölkədən turist axınının artmasına səbəb ola bilər. Eyni zamanda Cənub-Şərqi Asiya ölkələrdən inkişaf etmiş bəzi ölkələrdə viza rejimi aradan qaldırılarsa, yaxud da, çox sadələşdirilərsə, bunlara da tətbiq olunması ölkəyə daha çox turistin gəlməsinə səbəb ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə