Azərbaycana uçuşların sayı artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 12 285 aviareys təşkil olunub. SİA Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 %çoxdur.

Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş olub - 3 623 reys. Bu da 1 il əvvələ nisbətən 12 % çoxdur.

Təkcə iyunda isə Azərbaycana 2 467aviareys təşkil olunub. Bu, illik müqayisədə 24,3 % çoxdur. Ötən ay Rusiyadan isə 725uçuş olub ki, bu da 1 il əvvələ nisbətən 18,8 % çoxdur.

Hesabat dövründə Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 2 602 uçuş olub ki, bu da illik müqayisədə 8,8 % çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 1 522 reyslə (+39,8 %) daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə