"Turlarda erkən rezervasiyanın zamanı bitib" - TURİZM EKSPERTİ AÇIQLADI

“Artıq turlarda erkən rezervasiyanın zamanı bitib”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, yay fəslinin gəlməsi ilə əlaqədar olaraq əvvəlki endirimli paketlər yox, normal mövsüm qiymətlərinin satışları təklif olunur: “Bu da ilkin rezervasiya qiymətlərindən əlbəttə ki 30-50 faiz arasında daha baha qiymətə satılır. Bu da normaldır. Çünki səyahət edən insanların böyük əksəriyyəti, hətta mən deyərdim ki, 80 faizə yaxını məhz yay mövsümündə səyahət edirlər, öz səyahətlərini planlayırlar. Bununla əlaqədar olaraq da həmin yay mövsümü və bu mövsüm uzun olduğu müddətdə həmin ölkələrə səyahətlər həyata keçirilir. Turizm perspektivi cəhətdən də bu ölkələr daha əlverişli şərtlər yaratmaqla uzun mövsümdən yararlanmağa çalışırlar”.

Ceyhun Aşurov sözlərinə belə davam edib: “Təbii ki, mövsümün lap əvvəli və lap sonlarında müəyyən endirimlər olsa da, amma əsas mövsüm boyu qiymətlər yüksək olaraq satış olunur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə