Son üç ayda Türkiyəyə gələn turistlərin sayı...

Türkiyənin paytaxtı Ankaradan Anadolunun şərq vilayətlərinə unudulmaz səyahət təklif edən Şərq Ekspresi qatarlarının xidmətlərindən ilin ilk üç ayında 35 min 453 turist istifadə edib.

SİA Türkiyə Dövlət Dəmir Yollarına (TCDD) istinadən xəbər verir ki, 25 saat davam edən 1310 km səfər çərçivəsində sərnişinlərə Kırıkkale, Kayseri, Sivas, Ərzincan və Ərzurum şəhərlərini gəzmə, yerli mətbəxlərlə tanış olma imkanı yaradılıb.

TCDD bildiriblər ki, səfərlərə yerli turistlərlə yanaşı əcnəbilər də böyük maraq göstərir.

Ankara-Kars marşrutu üzrə hazırda iki ayrı turistik qatar fəaliyyət göstərir: Şərq Ekspresi və Turistik Şərq Ekspresi.

Qeyd edək ki, Şərq Ekspresi layihəsinin uğurunu diqqətə alan Türkiyənin Nəqliyyat və İnfrastruktura Nazirliyi daha iki turistik qatar səfərinin təşkilinə qərar verib.

Anadolunun cənub-şərqi istiqamətində Ankara-Diyarbakır və Ankara-Tatvan marşrutları üzrə qatarlar ilk etapda iyunun sonuna qədər xidmət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə