Türkiyə sağlamlıq turizmində mərkəz ölkəyə çevrilib

Türkiyə sağlamlıq turizmində mərkəz ölkəyə çevrilib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Ticarət Nazirliyinin rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib ki, Türkiyə tibbi turizmə üstünlük verən ölkələr arasında yeddinci yerdədir.
Keçən il təxminən 1 milyon 400 min insan sağlamlıq turizmi mövzusunda Türkiyəyə üstünlük verib.
Səhiyyə xidməti ixracatı 2 milyard 300 milyon dollara çatıb.
Nazirlik ötən il səhiyyə xidməti sahəsində fəaliyyət göstərən şirkətlərə dəstəyini 281 faiz artırıb.
Ticarət Nazirliyinin açıqlamasında Türkiyənin sağlamlıq turizmindəki payının artırılması istiqamətində işlərin fasiləsiz davam etdiyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə