Bakıda 5 ulduzlu hotellərin orta qiyməti 25 % artıb

Bu ilin yanvar-mart aylarında Bakıda 3, 4 və 5ulduzlu hotellər üzrə onlayn bronlaşdırma sistemi olan booking.com-da qeyd olunan orta qiymətlər açıqlanıb. SİA Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, 3 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 75 manat, 4ulduzlu hotellərdə orta qiymət 108,6 manat, 5ulduzlu hotellərdə isə 236, 9 manat təşkil edib.

Qiymətlər, ötən ilin eyni dövrü ilə müqayisədə 3ulduzlu hotellər üzrə 33 %, 4 ulduzlu hotellər üzrə 30 % azalıb, 5 ulduzlu hotellər üzrə isə 25 % artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə