Antalyanı ziyarət edən xarici turistlərin sayında rekord artım...

Mart ayında Antalyanı rekord sayda turist ziyarət edib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Antalyaya mart ayında 500 mindən çox xarici turist gəlib. Keçən ilin eyni dövründə şəhəri 348 min turistin ziyarət etdiyi bildirilir.
Yanvarın 1-dən martın 31-dək Antalyaya 1 milyon 5 min 207 xarici turistin gəldiyi qeyd olunub.
Almaniya fevral ayında 279 803 min nəfərlə Antalyaya ən çox ziyarətçi göndərən ölkələr arasında birinci olub.
Rusiya Federasiyası 171 770 min ziyarətçi ilə 2-ci, İngiltərə isə 124 621 min ziyarətçi ilə 3-cü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə