Azyaşlı şəxslərin oteldə gecələməsi necə tənzimlənir? - EKSPERT AÇIQLADI

"18 yaşına çatmayan şəxslər otellərdə öz qəyyumu, valideyni ilə təbii ki qala bilər. 18 yaşdan yuxarı şəxs isə müstəqil şəxs sayılır, onlara görə heç kim cavabdeh sayılmır. Amma 16 yaşlı şəxsə görə isə hava limanında belə bir ölkədən başqa ölkəyə getməsi bir başqa şəxsə təhvil verilməklə mümkündür". Bu sözləri SİA-ya danışan turizm eksperti Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, otellərdə də vəziyyət oxşardır: "Əgər otelə gələn şəxsin 16 yaşı tamam olmayıbsa, yanında valideynləri yoxdursa, o otelə buraxılmaya bilər. Otellərə nəzarət isə mütəmadi keçirilir. Otellərdə qalmaq üçün şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.Bəzi otellərin isə daxili qaydalarına görə, nikah kağızı tələb olunur".

"Qeyd edim ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrində qeyd edilir ki, oteldə qalmaq istəyən vətəndaş, əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi, pasport) təqdim etməlidirlər. Cütlüklərdən oteldə qalmaq, yaxud gecələmək üçün nikah şəhadətnaməsi tələb olunmur",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə