Oteldaxili restoranlar müştərilər üçün niyə pulsuz deyil? - EKSPERT AÇIQLADI
Məlumdur ki, artıq havaların isinməsinə sayılı aylar qalıb. Bu məqsədlə tətilə yollanmaq arzusunda olanların sayında da artım var. Bir çoxları tətilin münasib qiymətə başa gəlməsi üçün də otellərdəki yerini indidən rezervasiya edir. Xaricdə hər bir xidməti daxil olan otellərdən tur paket alırıq və həmin obyektə üz tutarkən otelin daxilindəki bəzi restoranlar və ya xidmətlər ödənişli olur. Belə bir konsept var. Bəs, bu, nə dərəcədə doğrudur? Yəni, əgər bu restoranlar otelin daxilindədirsə və biz də otelin bütün xidmətlərindən yararlanmaq üçün ödəniş edib turpaket almışıqsa, niyə əlavə pul ödəməliyik? SİA mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurovun fikirlərini öyrənib.

O bildirib ki, bu konseptlə satılan otellərdə hər bir xidmət daxil olmağına baxmayaraq otel daxilində xüsusi restoranlar olur və burada yeməklər sifarişli menyudur (özəl hazırlama): "Bu da müştərilərə əlavə xidmət kimi təqdim olunur. Hətta bəzi otellərdə bir həftəlik qalan turistlərə həmin menyudan bir dəfə istifadə haqqı verilir. Qalan günlər isə kim istəyirsə hər şey daxil olan konseptdən yox, özəl sifarişlə özünə istədiyi yemək və içəcəkləri sifariş verə bilər. Bu konsept məcburi deyil. Bu daim hərşey daxil bufetdən bir şey götürmək istəməyən, fərqli birşeylər axtaran, şefin özəl hazırladığı yeməklərdən dadmaq istəyən müştərilər üçündür. Bunlar ödənişli xidmətlərdir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB