"Son 10-15 ildə Azərbaycan turizmi daha geniş vüsət alıb" - EKSPERT FİKRİ
“Bu gün bölgələrdə fəaliyyət göstərən qış turizmi komplekslərinin sayı az olduğuna görə, rəqabətlilik istənilən səviyyədə deyil. Amma buna baxmayaraq Qusarda Şahdağ, Qəbələdə Tufandağ, Naxçıvanda kurort turizm kompleksi həm yerli, həm də əcnəbi turistlərin istifadəsindədir”. Bu barədə SİA-ya açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.
Ekspert bildirib ki, yaxın gələcəkdə Qarabağ bölgəsində xüsusən də Zəngilanda, Kəlbəcərdə, Laçında relyefə uyğun olaraq qış turizmi komplekslərinin daha geniş və müasir tipli inşası zəruridir: “Həm Qarabağın tanıdılmasında, həm də Qarabağda turizmin inkişafına və orada yaşayan və dədə-baba torpaqlarına qayıdan sakinlərə də müsbət təsir göstərəcək. Bu gün bölgələrdə dağ-xizək kurort komplekslərindən başqa da fəaliyyət otellər var. Həmin otellər də həftəsonu doluluq səviyyəsini demək olar ki, 100% tamamlayır. Bugün bölgələrdə yağan qarın daha da intensiv olması bölgəyə marağı artırır. Hesab edirəm ki, bölgələrdə, xüsusən də dağlıq zonalarda fəaliyyət göstərən otellərin işində ciddi bir problem yoxdur. Əgər həmin otellər bu tendensiyanı davam etdirsələr, daxili bazarda böyük bir portfel əldə edə bilərlər. Eyni zamanda xarici turistləri də cəlb etmək üçün münbit şərait yaranıb”.
R.Quliyev qeyd edib ki, dünyada baş verən çaxnaşmaların turizm sektoruna da təsir etdiyi dövrdə Azərbaycanda sabitlik hökm sürür: “Bu da ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasətin nəticəsidir ki, bütün Azərbaycan üzrə əmin-amanlıq hökm sürür. Hesab edirəm ki, bu yaranmış fürsətdən istifadə bölgələrdə olan otellər sağlam, dürüst şəkildə istifadə etməlidirlər. Həm düzgün qiymət siyasəti aparmalıdırlar, həm də maksimal səviyyədə xidmət göstərməlidirlər ki, gələcəkdə də müştəri bazalarını qoruyub saxlasınlar. Azərbaycan olaraq deyərdim ki, dünya turizm bazarında gəncik. Son 10-15 ildə Azərbaycan turizmi daha geniş vüsət alıb, beynəlxalq bazarlara çıxışlarımız var. Fürsətdən istifadə edib gələcəkdə də bu bazarı daha da genişləndirmək, yeni-yeni bazarlar əldə etmək vacibdir. Misal olaraq bu gün böyük kütləyə sahib Rusiyanın Avropaya çıxışında məhdudiyyətlərin olması, eyni zamanda Yaxın Şərqdə olan müharibələr əsas verir ki, bu ölkələrdən Azərbaycana turist axını olsun. Bu axında biz fərdi qaydada, sağlam şəkildə turistlərə xidmət göstərsək daim olaraq həmin portfeli qoruyub saxlayacağıq. Bu da Azərbaycanın iqtisadiyyatına müsbət təsir göstərəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB