Türkiyədən turistlər 10 adaya rahat gedə biləcək

Yunanıstan Dövlət Televiziyası ERT-ə müsahibəsində K.Mitsotakis gündəmlə bağlı qiymətləndirmələr edərək deyib

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis türkiyəli turistlər üçün adalarda viza rahatlığının 2024-cü ilin mart ayından başlayacağını bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Yunanıstan Dövlət Televiziyası ERT-ə müsahibəsində K.Mitsotakis gündəmlə bağlı qiymətləndirmələr edərək deyib: “Türkiyə ilə Yunanıstan arasında əlaqələr son vaxtlar normallaşmaqdadır. Türkiyəli turistlərin 10 adaya daxil olması üçün viza rahatlığı təmin edəcək tətbiq mart ayından etibarən başlayacaq. 10 ada yaz-yay boyu müqavilədən faydalanacaq. İnanıram ki, bu razılaşma daimi olar.

Türkiyə ilə Yunanıstan arasında dialoq ticarəti artırmaq üçün inkişaf etdirilir və iki ölkə arasında qeyri-qanuni mühacir məsələsində də əməkdaşlıq yaxşılaşıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə