"Azərbaycan 2024-cü ildə hotelçilik sahəsində yeni bir dövrə qədəm qoyacaq" - Eldar Əlimuradov
"2022-ci ildə ölkədə hotel sayı 757, nömrələrin sayı 27 312, çarpayı sayı isə 56 562 olub". SİA xəbər verir ki, bu sözləri Turizm Sənayesi Subyektlərinin Forumunda Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov deyib.
"Çox şadıq ki, doğma Qarabağımızda turizmin inkişafı üçün tədbirlər görülür. İnanırıq ki, tezliklə işğaldan azad edilmiş ərazilərimizdə bir sıra investorlar tərəfindən beynəlxalq hotel şəbəkələrini görəcəyik. İnanırıq ki, 2024-cü ildən etibarən Azərbaycanda qonaqpərvərlik və hotelçilik sənayesi sahəsində yeni bir dövrə qədəm qoyulacaq",- deyə o bildirib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB