Bakıda Turizm Sənayesi Subyektlərinin Forumu keçirilir - YENİLƏNİR - FOTOLAR
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda forum keçirilir. SİA xəbər verir ki, tədbirin açılışından öncə Azərbaycan dövlətinin suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan olunub.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
1000-ə yaxın iştirakçının qatılacağı tədbirin rəsmi açılışı Bakı Konqres Mərkəzində baş tutub.
Açılışdan sonra xatirə fotosu çəkilib.
Tədbir panel müzakirələrlə davam edəcək.
Qeyd edək ki, tədbirin yekununda bəyanat qəbul olunacaq.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB