"Sosial şəbəkələrdə olan reklamlarla tur-paket almaq olmaz" - EKSPERT XƏBƏRDARLIQ ETDİ
"Son zamanlarda tur-paketlərlə bağlı şikayətlər nəzərə çarpır. Şikayətlərdə qeyd olunur ki, tur-paketə daxil olan aviabilet alınmır, otel bron olunmur və ya onlara vəd edilən səviyyədə olmur, qarşılanma ilə təmin edilmirlər. Üstəlik, şirkətlə vətəndaş arasında müqavilə bağlansa da, bəzi vətəndaşlar müqaviləni oxumadan imzalayırlar. Bu səbəbdən səyahət zamanı müxtəlif problemlərlə rastlaşırlar". Bu sözləri SİA-ya turizm eksperti Əziz Şiriyev deyib.
Ekspert sözlərinə davam edərək bildirib ki, qanunla fəaliyyət göstərən, nəticələri müsbət olan şirkətlər Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına yoxlanılaraq üzv olurlar: “Assosiyasiyaya üzv olan şirkətlərdə bu problem baş vermir. İlk növbədə insanlar dərindən araşdırmalıdırlar. Sosial şəbəkələrdə olan reklamlarla tur-paket almaq olmaz. Araşdırmalıdırlar ki, onların ofisləri, işçiləri varmı, qeydiyyatdan keçiblərmi və s. Onlayn bilet alanlar çox diqqətli olmalıdır”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB