Turistlərin ən çox narazı olduğu məsələlər NƏLƏRDİR? - EKSPERT AYDINLIQ GƏTİRDİ

"Gediş-gəlişin, turistlərin olduğu yerlərdə mütləq hansısa narazılıqlar, şikayətlər ola bilər. Amma sənayenin, hansısa turizm müəssisəsinin, eləcə də ölkəmizin hədəfi gələn turistlərin məmnunluğunu artırmaq, mövcud narazılıqları mümkün qədər azaltmaqdır". Bu sözləri SİA-ya turizm eksperti Ceyhun Aşurov deyib.

Ekspertin sözlərinə görə, daha çox insan, yəni təxminən 8 turistdən biri hansısa xidmətdən narazı qalıb və burada daha çox restoran, ictimai nəqliyyat xidmətindən narazılıq var: "Bu həm də onu göstərir ki, turizm kompleks şəklində bir çox sahələri əhatə edir. Turizm təkcə turizm sahəsində çalışanların işi deyil, burada həm də cəmiyyətin, ölkənin, iqtisadiyyatın digər sahələrinin də payı var".

"Ona görə də keyfiyyətin yüksəldilməsi, məmnuniyyətin artırılması üçün daim işlər aparılmalıdır. Hesab edirəm ki, bununla bağlı işlər gedir, lakin bu faisələsiz şəkildə davam etməli, müxtəlif təlimlər, seminarlar təşkil olunmalıdır. Medianın da bu sahədə ciddi təsirləri var. Cəmiyyət də buna hazır olmalıdır. Beləliklə, həm infrastruktur, həm də loqistik cəhətdən restoranlar, hotellər təkmilləşdirilməlidir, qonaq məmnuniyyətini yüksək saxlaya bilək",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə