Çalışırıq ki, Azərbaycanın turizm potensialını təqdim edək

Barselonada keçirilən IBTM sərgisində Qafqaz ölkələrindən Azərbaycan və Gürcüstan, digər qonşu ölkələrdən Türkiyə, Qazaxıstan iştirak edirdi. Bunu SİA-ya açıqlamasında Zakher Travel şirkətinin rəhbəri Cəfər Qarayev bildirib.

Onun sözlərinə görə sərgidə ölkələrin nümayəndəlikləri, Turizm Nazirlikləri, yerli turizm şirkətlərini, konqres mərkəzlərini otelləri dəvət edərək sərgidə iştirak edirdi: “Azərbaycan Turizm Bürosu da burada iştirak edirdi. Sərgidə Azərbaycanın tədbirlər üzrə turizm potensialı təqdim olunurdu, çünki bu sərgi xüsusilə tədbirlərə ithaf olunur: “Sərginin keçirildiyi 3 gün ərzində müxtəlif ölkələrdən 60-a yaxın otellə həmin ölkələrlə əməkdaşlığın qurulması, turistlərin gəlməsi ilə bağlı müəyyən görüşlər keçirdik. Hədəf Azərbaycanda ənənəvi turizmdən kənar şəkildə müxtəlif xarici şirkətlərin tədbirlərini Azərbaycanda keçirməkdir. Bunlar arasında seminarlar, konfranslar və s. qeyd etmək olar. Məsələn bir görüşümüz arxitektura binalarıyla bağlıdır. Arxitektorların Azərbaycanda tədbirini keçirmək istəyirik ki, Azərbaycanda olan tarixi binaların, müasir binaların təqdimatını edək. Burada təxminən 50 nəfərlik bir qrupdan söhbət gedir.

C. Qarayev bildirib ki, il ərzində müxtəlif turizm sərgiləri olur, çalışırıq ki, maksimum dərəcədə iştirak edək və Azərbaycanın turizm potensialını təqdim edək: “Qarşıdan İstanbul sərgisi, Berlin-Almaniya sərgisi, Moskva sərgisi, Dubay sərgisi gəlir. Biz 10-dan çox turizm sərgisində şirkət olaraq iştirak edirik. Sərgilərdən sonra da digər turizm şirkətləri ilə görüşlərimizi yerində davam etdiririk”

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə