Ölkədaxili turizm qiymətləri necə tənzimlənir? - EKSPERT AYDINLIQ GƏTİRDİ

"Ölkədaxili turizm qiymətləri əsasən, mövsümə, bayram günlərinə, iş və qeyri-iş günlərinə görə dəyişir. Xüsusilə, regionlardan danışırıqsa hər zaman qeyri-iş və bayram günlərində tələbatın artdığının şahidi oluruq". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Ekspert sözlərinə davam edərək bildirib ki, bir tərəfdən sərhədlərin bağlı olması xaricə səfərlərin daha da baha olmasına səbəb olur: "Ümumiyyətlə, dünyada inflyasiya, nəqliyyat xərclərinin artması, enerji daşıyıcılarının qiymətlərinin qalxması və s. kimi səbəblərdən turizm xərcləri də artıb. Pandemiyadan öncəki illərə nisbətən təxminən 50% qiymət artımı olub. Bu mənada ölkədaxili turizmə tələbat daha çoxdur. Əlbəttə ki, bu da qiymətlərə təsir göstərir.

"Xüsusilə, paytaxta yaxın regionlarımızda otel doluluğu daha yüksəkdir. Ona görə qiymətlər bu tələbata uyğun olaraq tənzimlənir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə