Qarabağda turizmin bərpasına dair elmi-praktiki konfrans keçiriləcək

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində turizmin bərpası və inkişafı ilə bağlı I elmi-praktiki konfrans keçiriləcək.

SİA bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbir Ağdam şəhərində təşkil olunacaq və 2 gün davam edəcək. Artıq konfransla bağlı hazırlıq işlərinə başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə