Xarici turistlərin sayı 3 milyonu keçib

Özbəkistan Dövlət Statistika Agentliyinin verdiyi açıqlamaya görə, 2023-cü ilin yanvar-iyul aylarında ölkəyə xaricdən 3 milyon 680 min turist gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Tacikistandan ölkəyə ən çox 1 milyon 151 min 400 nəfərlə səfər edib. Tacikistanı 912 min 800 nəfərlə Qırğızıstan, 879 min nəfərlə Qazaxıstan, 417 min nəfərlə Rusiya, 58 min nəfərlə Türkiyə, 20 min 200 nəfərlə Cənubi Koreya, 20 min nəfərlə Hindistan, 17 min 700 nəfərlə Çin və 14 min 100 nəfərlə Almaniya izləyib.

Covid-19 epidemiyasından əvvəl 2019-cu ildə 6 milyon 748 min turistin ziyarət etdiyi Özbəkistana bu il gələn turist sayının pandemiyadan əvvəlki rəqəmlərə çatması hədəflənir.

2020-ci ildə Covid-19 epidemiyası səbəbindən ölkəyə gələn turistlərin sayı təxminən 1 milyon 500 min olub. 2021-ci ildə Özbəkistanı 1 milyon 800 min turist ziyarət edib, 2022-ci ildə ölkəyə gələn turistlərin sayı əvvəlki ilə nisbətən 2,8 dəfə artaraq 5 milyon 200 minə çatıb.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə