Çin turizm agentliklərinə Türkiyə də daxil olmaqla bir çox ölkəyə qrup turları təşkil etməyə icazə verilib
Çin turizmin qarşısında əngəl olan “Covid-19” səyahət məhdudiyyətini aradan qaldırdı.
SİA-nın əldə etdiyi məlumata görə, Çin turizm agentliklərinə bir çox ölkəyə qrup turları təşkil etməyə icazə verilib. Qrup turlarının təşkil oluna biləcəyi ölkələrin üçüncü siyahısı Çinin Mədəniyyət və Turizm Nazirliyinin saytında dərc olunub. Siyahıda Türkiyə ilə yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya və Cənubi Koreya kimi da var.
Qeyd edək ki, Çində turizm agentlikləri yalnız icazə verilən ölkələrə qrup turları təşkil edə bilər.
Rəsmi Pekin 2023-cü ilin yanvar ayından etibarən koronavirus məhdudiyyətlərini yumşaltmağa başlamışdı. İlk 20 ölkənin siyahısı mart ayında 40-a qaldırıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB