Rusiya və İran turist qrupları üçün vizasız rejim tətbiq edir

Artıq ruslar İrana turist qruplarının tərkibində viza problemi olmadan gedə bilərlər. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu aydan etibarən ölkələr arasında vizasız rejim fəaliyyət göstərir.

Rusiya və İran vətəndaşları qeyri-adi ölkə ilə viza almadan qarşılıqlı şəkildə tanış ola biləcəklər.

Qeyd edək ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib.

Səfir avqustun 1-dən etibarən həm İranda, həm də Rusiyada nüfuzlu sayılan turizm agentliklərinin köməyi ilə qrup halında səfərlərin təşkilinin işə salındığını bildirib.

Cəlali qeyd edib ki, belə şirkətlər turist qrupları yaradaraq onları Rusiya Federasiyasına və ya İrana göndərirlər və səfər iştirakçılarının viza almasına ehtiyac yoxdur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə