İstanbul Hava Limanı sərnişin sayı rekordunu yenilədi

Türkiyənin dünyaya açılan qapısı İstanbul Hava Limanı 9 günlük Qurban bayramının son günündə ev sahibliyi etdiyi reyslərlə sərnişin sayında rekord qırıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

İstanbul Hava Limanı operatoru İGA-nın verdiyi açıqlamaya görə, 2 iyul bazar günü hava limanına 1642 uçuşla 265 min 961 sərnişin səyahət edib.

Bu rəqəmlərlə açılışından bu yana ən yüksək sərnişin sayına çatan İstanbul Hava Limanı "gündəlik sərnişin sayı" rekordunu qırmağı bacarıb.

Qeyd edək ki, Ramazan bayramının son günü olan aprelin 23-də İstanbul Hava Limanı gündəlik 1548 uçuş və 244 709 sərnişinlə ilin ilk rekordunu qırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə